DƏBDƏYƏM: 2018-2019 PAYIZ/QIŞ #STREETSTYLE TRENDLƏRİ

Salamlar! Xəbəriniz olsun ki, bu gündən etibarən yeni rubrikamızın, DƏBDƏyəm təməli qoyuldu. Mənim adım Səbinə M. Atayeva və mən artıq 4 ildir ki, luxout.net platformasının təsiçisi olaraq, dəb sahəsində çalışıram.

Bu rubrikada sizləri dünyada baş verən dəb qiybətləri, dəb biznesinin xəbərləri, Azərbaycanda çiçəklənməyə başlamaq istəyən yerli dizaynerlər, onların yaratdığı kolleksiyalar və qarşılaşdığı çətinliklər, eyni zamanda maraqlı insanlarla müsahibələr gözləyir. Bir sözlə, sizi DƏBDƏ saxlayan məlumatlarla bölüşəcəyik. Sizi maraqlandıran mövzular varsa, bizə yazın (info@luxout.net).

Rubrikamızın ilk mövzusu 2018-2019 Payız/Qış #streetstyle trendləridir. Bu mövzuda biz xüsusi olaraq bizim azərbaycanlı qızlarımızın (Nəzrin Ağarzayeva və Turan Qarayeva) bir neçə gün öncə baş tutmuş Mercedes Benz Fashion Week Tbilisi –də olan #streetstyle look-larını örnək olaraq götürmək istərdik:

  1. Kombinezonlar – Bu il xüsusi olaraq “boş” duran və ya “oversize” olan modellər trendədir. Altından uzunboğaz sviter (el arasında “vodolazka”) geyinsəniz, lap DƏBDƏ olacaqsınız.
  2. “Oversize” trenç, kazak çəkmələr və tor çantalar – Çiyinləri böyük trençlər (bunlar süni dəridən və ya sırıqlı parçadan ola bilər) + yüksək belli cins və ya adı şalvarlar, tor çantalar. Bəli, bəli, düz oxudunuz, tor çantaları artıq yalnız yayda deyil, payız/qış aylarında da götürə bilərsiniz.
  3. Plisse ətəklər və uzunboğaz çəkmələr – qalın hündürdaban üzərində uzunboğaz çəkmələr sizə 70-ci illərdən salam deyir və DƏBli kombin üçün dizdən aşağı plisse ətək tələb edir. Dabanın hündürlüyü 10sm-dən yuxarı olmamalıdır.
  4. “Layered” və ya el arasında “kələm kimi geyinmək” – Azərbaycanda bu trendi bir çoxları sevmir, lakin onun DƏBDƏ olmasını danmaq olmaz. Köynək + pencək + trenç və ya palto = “Layered” tərzi.
  5. El arasında “dutik” adlanan gödəkçələr – uzun, sırıqlı və printli modellər və mütləq şəkildə altından onun uzunluğunda olan ətək, don və ya enli şalvarlarla uyğunlaşdırmaq lazımdır.
  6. Ağ çəkmələr və enli şalvarlar, midi/maksi ətəklər – Ağ çəkmələr bir neçə sezondur ki, öz hökmranlığını saxlayır, lakin Azərbaycanda son ildə qəbul edilmişdir. Dabanı çox hündür olmamalıdır, burnu iti, dördbucaqlı və ya yumru ola bilər.
  7. Obodoklar bizə 90-cı illərdən salam verir və yavaş-yavaş DƏBDƏ yerini tutur. Bütün dünya brendləri artıq öz kolleksiyaları yaradıb və təbii ki, bizim azərbaycanlı brendlər də geri qalmayıb.

 

Necədir, bəyəndiniz? Amma, düzünü sizə deyim, bütün trendlərə uymayın, öz tərzinizi tapın ;)

DƏBDƏ qalmaq diləyi ilə,

Səbinə M.Atayeva.

More Posts

0 comments

Leave a comment

All blog comments are checked prior to publishing

My Newsletter

Sign up for EXCLUSIVE items, Get 10% Discount on your first order

Search our store